Azərbaycan Milli Elmlər Akademiyası

Fizika İnstitutu logo

SON XƏBƏRLƏR

+17
°
C
+17°
+13°
Bakı
Perşembe, 12
Cuma
+20° +14°
Cumartesi
+20° +16°
Pazar
+21° +16°
Pazartesi
+20° +17°
Salı
+19° +15°
Çarşamba
+20° +17°
7 Günlük Hava Praqnozu
Previous
Next

ELMİ NƏŞRLƏR

Fizika İnstitutu

      Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun tarixinin mənbəyi  XX əsrin əvvəlinə təsadüf edir. Bu dövr Rusiyadan Bakıya gələcəkdə məşhur olan alimlər dəvət olunmuşdu. Y.B.Lopuxin, S.N.Usatıy, Y.Q.Dorfman, V.P.Juze, A.Q.Alfimov, İ.V.Kurçatov, K.D.Sinelnikov, V.İ.Tixomirov, Z.Y.Lobanova, R.B.Melikov Bakıda elmi-tədqiqatlar aparırdılar.
   1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan bölməsinin yaranması və onun tərkibində ali məktəblərin tədqiqatçı qruplarını birləşdirən professor Y.B.Lopuxinin rəhbərliyi altında Fizika sektoru yaradılması fizikanın inkişafında mühüm rol oynadı.
     1944-cü ildə SSRİ EA Azərbaycan filialı Rəyasət Heyyətinin qərarı əsasında Fizika sektoru Fizika İnstitutu adını aldı və tərkibində olan Nəzəri fizika və riyaziyyat seksiyası İnstitutdan ayrı Riyaziyyat sektoru oldu.
   1950-ci illərin ortalarından Həsən Abdullayevin rəhbərliyi ilə İnstitutun əsas tədqiqat istiqamətləri formalaşmağa başladı. 1957-ci ildən H.Abdullayevin rəhbərlik etdiyi Azərbaycan SSR EA-nın Fizika-Riyaziyyat İnstitutu keçmiş SSRİ-də “Selen və onun əsasında hazırlanan cihazların fizikası” üzrə aparıcı təşkilat təsdiq edildi.
      Fizika elmi sahəsindəki nailiyyətlərə və yüksək ixtisaslı kadrlar hazırlanmasına görə Fizika İnstitutu 1969-cu ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1981-ci ildə isə “Keçici Qırmızı Bayraq”-la təltif edilmişdir.
     Fizika İnstitutu bir çox görkəmli alimlər və tələbələrin yetişməsində böyük rola sahib olub. Onlardan Ç.M.Cuvarlı, L.M.İmanov, M.İ.Əliyev, N.A.Quliyev, E.Y.Salayev, M.H.Şaxtaxtinski, Ç.O.Qacar, Y.M.Seyidov, A.M.Paşayev, F.M.Həşimzadə, B.M.Əsgərov, A.M.Həşimov, C.Ş.Abdinov, B.H.Tağıyev, T.C.Cəfərov, N.T.Məmmədov, T.K.İsmayılov, İ.C.Kərimov, R.R.Hüseynov, Ö.B.Abdinov, S.İ.Mehdiyeva və başqaları.
      2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə yaradılmış Fotoelektronika İnstitutu və H.M.Abdullayev adına Fizika İnstitutunun bazasında Fizika İnstitutu yaradılır. Akademiyanın həqiqi üzvlərindən H.Əmirxanov, Z.Xəlilov, H.Abdullayev, F.Həşimzadə, A.Həşimov və Ç.Qacar, N.Məmmədov müxtəlif illərdə Fizika İnstitutunun direktoru vəzifəsində çalışıblar. Hazırda İnstitutun baş direktoru akademik Arif Həşimov, icraçı direktoru isə fizika elmləri doktoru Hüseyn İbrahimov təyin edilmişlər.